Yanan ticarət mərkəzinin rəhbəri həbsinə etiraz edir

Nadejda Suddenok ittihamları qəbul etməyib
Sputnik

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Kemerovo şəhərində yanğın baş verən "Qış albalısı" ticarət mərkəzinin həbs olunan direktoru Nadejda Suddenok ittihamları qəbul etməyib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, o, həbsinə etiraz edib və hadisənin onun səhlənkarlığı ucbatından baş vermədiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər həlak olub. İstintaq araşdırmasından sonra məlum olub ki, ticarət mərkəzinin avtomatik yanğın həyacan siqnalı işləməyib.

Faciənin istintaqı zamanı artıq 7 nəfər həbs edilib. Onlarlın barəsində mayın 25-dək həbs-qətimkan tədbiri seçilib.