SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Qeyd edək ki, bundan əvvəl M.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub
Sputnik

BAKI, 2 aprel — Sputnik. Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.

Zatulin bildirib ki, Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl M.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.