BAKI, 1 aprel — Sputnik. Siqareti atandan sonra ağ ciyəri təmizləmək və daha sağlam həyata dönməyə başlamaq lazımdır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağ ciyərin təmizlənməsi üçün öncə siqareti tərgitmək lazımdır. Bundan 2 gün sonra idman edin və bitki çayları için.
Daha sonra ağ ciyəri meyvə şirələri ilə təmizləmək olar.
1 stəkan suya 2 limonu sıxmaq və səhər yeməyindən öncə içmək lazımdır. Günorta yeməyindən sonra 1 stəkan qreypfrut içmək gərəkdir.
Axşam yatmazdan öncə isə yenə də 2 stəkan qaragilə şirəsi içmək lazımdır.
Bu proqramın həyata keçirildiyi 3 gün ərzində bitki çayları içmək, ciyərləri zəhərdən təmizləyəcək idman etmək, təbii yağlar ilə nəfəs açıcı müalicələr etmək lazımdır.