Ankarada metroda qəza: İki vaqon toqquşdu

Hadisə səbəbi ilə Kızılay və İvedik istiqamətində metro işləmirt
Sputnik

BAKI, 31 mart — Sputnik. Bu gün səhər saatlarında Ankarada metro qəzası baş verib.

Sputnik AzərbaycanSözçü-yə istinadən xəbər verir ki, Ankara bələdiyyə başçısı Mustafa Tuna Twitter hesabından bildirib ki, qəza metro xəttinə baxış zamanı baş verib. Kızılay-Batıkent istiqamətində səfərlər başlamadan öncə baxış keçirilən iki metro qatarları bir-biri ilə toqquşub. Qəza nəticəsində vaqonlara ciddi ziyan dəyib.

Baş verən qəzada ölüm hadisəsi baş verməyib. Hadisə səbəbi ilə Kızılay və İvedik istiqamətində metro işləmirt. Sərnişinlər avtobuslar vasitəsi ilə mənzil başına çatdırılır.