CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəmizdə qış geri qayıdıb

Qubanın Xınalıq kəndində gediş-gəliş çətinləşib
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Dünən axşam saatlarında şimal bölgəsinə qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, güclü küləkdən sonra yağmağa başlayan qarın hündürlüyü Quba rayonunun mərkəzində 5-7 sm, ucqar dağ kəndlərində isə 13-14 sm çatır.

Qubada qar

Qarın yağması hələdə davam edir. Qubanın Xınalıq kəndində gediş-gəliş çətinləşib. Bəzi kəndlərdə işıqlar sönüb.

Qar yağması səbəbindən hava kəskin soyuyub. Rayonun bir çox evlərində istilik sobaları yığışdırılsa da, yağan qar sobaların yenidən qurulmasına səbəb olub.