HADİSƏ

Toydan çıxaraq naməlum istiqamətə getdi

Babayev toydan çıxaraq naməlum istiqamətdə gedib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 mart – Sputnik. Lerik sakini 12 gündür itkin düşüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Lerik rayonu Veri kənd  sakini, 1979-cu  il təvəllüdlü Babayev Mirisaq 16 mart tarixində Lənkəranda restoranların birində toyda olub.

Babayev Mirisaq

Babayev toydan çıxaraq naməlum istiqamətdə gedib. O toya gələrkən əynində kostyum olub. 

Bildirək ki, Babayev Mirisaq evlidir 2 qızı və 1 oğlu var. Babayevin yaxınları tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmət-mərkəzinə və Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib. 

Fakt araşdırılır.