İstanbulda atışma olub, ölən və yaralananlar var

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qüvvələri cəlb edilib
Sputnik

BAKI, 28 mart — Sputnik. İstanbulda gecə klubunun qarşısında atışma olub. Sputnik AzərbaycanDHA-ya istinadla xəbər verir ki, klubun qarşısında 2 qrup arasında silahlı insident baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qüvvələri cəlb edilib. İnsidentin baş vermə səbəbi hələlik bilinmir. Yaralılar xəstəxanaya aparılıb.