CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook" istifadəçilər qarşısında geri çəkildi

"Facebook" bizim barəmizdə hansı məlumatları topladığını və ondan necə istifadə etdiyini açıqlayacaq
Sputnik

BAKI, 28 mart — Sputnik. "Facebook" istifadəçilərinə onların sosial şəbəkəsində toplanmış informasiyaları silməyə icazə verəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə şirkətin bloqunda məlumat verilib. Sosial şəbəkə şəxsi informasiyaların idarə olunmasını daha da sadələşdirib.

"Facebook" bildirir ki, onun məxfilik siyasətinin yenilənməsi istifadəçilər üçün şirkətin saxladığı fərdi məlumatların tapılması və redaktəsini asanlaşdıra bilər. Bütün ötürülən məlumatların yüklənməsinə onları seçərək silmək funksiyası da əlavə edilib. Bu funksiyanın köməyi ilə şərhləri, bəyənmələri, axtarış tarixini və digərlərini pozmaq mümkündür.

Şirkətin məlumatında qeyd olunur ki, onlar yaxın zamanlarda sosial şəbəkə ilə bağlı qaydaları yeniləyəcəklər. Orada dəqiq yazılacaq ki, onlar istifadəçilər barədə hansı məlumatları toplayırlar və ondan necə istifadə edirlər. Qeyd olunur ki, qaydalarda yalnız toplanmış məlumatların şəffaflığından bəhs ediləcək, prinsiplərin dəyişdirilməsi isə nəzərdə tutulmur. 

"Facebook" trilyonlarla dollar cərimə ödəyə bilər

"Facebook"un yaradıcısı Mark Zukerberq Cambridge Analytica qalmaqalının böyüməsindən sonra verdiyi bəyanatda sosial şəbəkənin yeni qəbul olunmuş bir sıra iş prinsiplərindən bəhs edib. O, həmçinin söz verib ki, istifadəçinin üç aydan artıq müddətdə açmadığı şəxsi hesaba girişi qapadacaq, eyni zamanda böyük miqdarda fərdi məlumatların toplandığı bazanın yoxlanılması üçün tətbiqlərə girişin qarşısını alacaq.

Sosial şəbəkə nəhəngi Facebook 2015-ci ildə 50 milyon nəfərə məxsus şəxsi məlumatların Cambridge Analytica siyasi təhlil şirkətinə ötürülməsilə bağlı qalmaqaldan sonra tənqid olunmaqdadır. Cambridge Analytica ilə ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçkiqabağı kampaniyada əməkdaşlıq etmişdi.

"Facebook"un bloqunda yerləşdirilən yeni qaydalar bunlardır:

Məxfilik parametrlərinə aid bəzi dəyişiklər:

Təqribən 20 fərqli səhifədə əks olunan sazlamalar bir araya gətirilib.

İkili autentifikasiya funksyası. 

Qalmaqal böyüyür: Mark Zukerberq ABŞ Konqresində ifadə verəcək

Yeni cihazdan şəbəkəyə giriş barədə bildiriş funksiyası.

Postlar və axtarış sorğularını nəzərdən keçirib silmək imkanı.

Təqdim olunan ünvanlı reklamın seçimi ilə bağlı izahat.

Sosial şəbəkə bildirir ki, məxfilik parametrlərinin dəyişdirilməsi barədə qərar Aİ-nin yeni qaydalarına görə dəyişdirilib və qalmaqaldan əvvəl qəbul olunub.