RUSİYA

Rusiyada matəm elan olundu

Yanğın hadisəsi ilə bağlı artıq bir neçə nəfər həbs edilib
Sputnik

BAKI, 27 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kemerovo faciəsi ilə bağlı 28 martı matəm günü elan edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Момент начала пожара в ТЦ "Зимняя вишня" в Кемерово попал на видео

Qeyd edək ki, bazar günü Kemerovo şəhərində 4 mərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər dünyasını dəyişib.

Hazırda xəstəxanalarda 13 nəfər müalicə alır. Onları çoxu dəm qazından zəhərlənib. Yanğın hadisəsi ilə bağlı artıq bir neçə nəfər həbs edilib.