HADİSƏ

"Mercedes"lə "VAZ-2107" markalı avtomobillər toqquşdu

Xəsarət alana ilk tibbi yardım göstərilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Lənkəran şəhərində avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, şəhərin Z.Əliyeva küçəsində 42-BP-409 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə 42-BA-223 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107"-də olan sərnişin — 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Əsgərova Sevinc müxtəlif dərəcəli xəsarət alıb. S.Əsgərova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və orada ona ilk tibbi yardım göstərilib. Xəstəxanada verilən məlumata əsasən xəsarət alanın vəziyyəti orta-ağırdır.

Qəza hadisəsi araşdırılır.