İDMAN

Azərbaycan üçün yeni sınaq Türkiyədə olacaq

Oyun "Mardan" stadionunda saat 20:00-da başlayacaq
Sputnik

BAKI, 27 mart — Sputnik. Bu gün Türkiyənin Antalya şəhərində futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Sputnik AzərbaycanAFFA-ya istinadən xəbər verir ki, görüş "Mardan" stadionunda saat 20:00-da başlayacaq. Türkiyəli hakimlərin idarə edəcəyi oyunda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.

Oyunu baş hakim Halis Özkahya idarə edəcək. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcək.  Dördüncü hakim isə Ali Palabıyık olacaq.

VAR (video assistant referee) Cüneyt Çakır, AVAR (assistant video assistant referee) isə Hüseyin Göçek olacaq.