Bakı, 23 mart — Sputnik. "Forbes" jurnalında yayımlanan bir məqalədə yazılana görə, ABŞ-da polislər ağıllı telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərindən istifadə edirmişlər.
Sputnik Azərbaycantamindir.com-a istinadən xəbər verir ki, adsız mənbələrə əsaslandırılan məqalədə, telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərinin son illərdə geniş şəkildə istifadə edildiyi qeyd olunur.
"Forbes"dəki məqalədə iddia edilir ki, ABŞ polisi həddindən artıq dozada narkotik qəbul edərək həyatını itirmiş bir qurbanın narkotik maddəni haradan və kimdənaldığını tapmaq üçün barmaq izindən istifadə edərək telefonunun kilidini açıb.
Federal Təhqiqatlar Bürosunun (FBI) bu üsulu ən çox "iPhone"lərdə istifadə etdiyinə diqqət çəkən məqalə, "Apple" ilə FTB arasında yaşanan soyuq müharibəni xatırladır. FTB 2016-ci ildə San Bernardinoda hücum edərək 14 nəfəri öldürən Rizvan Farukun "iPhone"unu aça bilmək üçün "Apple"dən xüsusi bir proqram yaratmasını istəmişdi. FTB tərəfindən gələn bu tələbi rədd edən şirkət, istifadəçilərin telefonunu açmaq üçün şifrə sistemini təsirsiz hala gətirməyin təhlükəli bir presedent yaradacağını müdafiə etmişdi.
"Apple"ın icraçı direktoru Tim Kuk FBI-yın yaxşı niyyətli olduğunu bildiklərini, ancaq hökumətin "iPhone"lərdə "arxa qapı" yaratmaq fikri ilə qətiyyən razılaşmadıqlarını bildirmişdi.