Bakı, 23 mart — Sputnik. Fransada naməlum şəxs polisə atəş açıb. Sputnik xəbər verir ki, hadisə ölkənin cənubundakı Karkason şəhərində baş verib.
Yaralanan polis xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Bundan başqa, Trebes şəhərində silahlı şəxs supermarketdə insanları girov götürüb. Hadisə nəticəsində iki nəfərin öldüyü qeyd olunur.
Polis insanların girovluqdan azad olunması üçün bölgəni mühasirəyə alıb. Cinayətkar şəxs özünün İŞİD-ə bağlı olduğunu bəyan edib.
Polisin əməliyyatı davam edir.