CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da baş verdi: Cümə xütbəsində reklam fasiləsi

İmam bu operatorun dövlətə məxsus olduğunu bildirərək onun haqqında danışmaqdan çəkinməyib
Sputnik

BAKI, 21 mart — Sputnik. Türkiyədə məscidlərdən birində maraqlı hadisə baş verib. 

Sputnik Azərbaycan Türkiyə medyasına istinadən xəbər verir ki, cümə namazı zamanı imam xütbədə Türkiyədə olan mobil operatorlardan birinin reklamını edib.

Belə ki, imam bu operatorun dövlətə məxsus olduğunu bildirərək onun haqqında danışmaqdan çəkinməyib. O bunu dostunun xahişi ilə etdiyini deyib. Amma onun xəbəri olmayıb ki, bu mobil operator bir müddət əvvəl özəlləşdirilib.