Tramp ərəb kraldan pul istəyib?

İddia ilə bağlı Ağ Evdən hər hansı açıqlama verilməyib
Sputnik

BAKI, 20 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp amerikalı əsgərlərin Suriyadan çıxarılması üçün Səudiyyə Ərəbistanı kralı Salmandan 4 milyard dollar istəyib.

Sputnik Azərbaycan "əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə iddianı “Washinton Post” qəzeti amerikalı rəsmilərə istinadən yazıb. Qəzet iddia edir ki, Tramp məsələ ilə bağlı kralla müqavilə bağlayıb.

ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirliyi Trampın Salmandan 4 milyard dollar istəməsi ilə bağlı qəzetin suallarını cavabsız qoyub. Məlumata görə, Tramp administrasiyası İŞİD-dən təmizlənən ərazilərin yenidən bərpası və stabilliyin qorunması üçün Səudiyyə Ərəbistanından və digər ölkələrdən pul istəyib.

İddia ilə bağlı Ağ Evdən hər hansı açıqlama verilməyib.