Səfir FETÖ barədə sərt ifadələr işlətdi

Səfir Çilkott FETÖ-nün 15 iyul 2016-cı ildəki qanlı çevriliş cəhdini seçilmiş prezidentə, seçilmiş hökumətə qarşı açıq təcavüz olaraq səciyyələndirib
Sputnik

BAKI, 17 mart — Sputnik. Böyük Britaniyanın Ankaradakı səfiri Dominik Çilkott (Dominick Chilcott) vəzifəsinə başladıqdan sonra ilk müsahibəsini Türkiyənin dövlət telekanalına verib.

TRT-nin Xarici Xəbərlər Departamentinin direktoru Əhməd Görməzin suallarını cavablandıran Çilkott İngiltərənin "Zeytun Budağı" əməliyyatını dəstəklədiyini bildirib: 

Türkiyə XİN-dən ABŞ Konqresinə inanılmaz FETÖ ittihamı

"Türkiyənin sərhədlərinin təhlükəsizliyi məsələsindəki narahatlığını başa düşürük və özünü müdafiə hüquqlarını tanıyırıq. Bizim üçün ən mühüm amillərdən biri mülki vətəndaşların qorunmasıdır. PKK/PYD-YPG sivillərin Afrindən çıxmasına mane olursa, təbii ki, bunu qınayırıq".

İngiltərə səfiri terrorla mübarizə məsələsində Türkiyə ilə çiyin-çiyinə mübarizə apardıqlarını vurğulayıb.

Səfir Çilkott Fətullahçı Terror Təşkilatı FETÖ-nün 15 iyul 2016-cı ildəki qanlı çevriliş cəhdini seçilmiş prezidentə, seçilmiş hökumətə qarşı açıq təcavüz olaraq səciyyələndirib. Türkiyə xalqının 15 iyulda canı bahasına demokratiyaya sahib çıxdığını xatırladan səfir, FETÖ barəsində " Hiyləgər təşkilatdır" deyib.