Görün internet səfilin həyatını necə dəyişdi

Onun tivitinə 3 minə yaxşı şərh və 8 minə yaxın like gəlib
Sputnik

BAKI, 17 mart — Sputnik. Səfil internetə girib, ev, iş və şöhrət sahibi olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, evsiz, küçələrdə səfil vəziyyətdə yaşayan Britaniya sakinin həyatı yoldan keçən birinin ona smartfon verməsi ilə dəyişib.

Çarli Hennesi adlı kişi 6 il iş axtarsa da, onda heç nə alınmayıb. Küçədən keçən birinin ona köhnə bir telefon bağışlaması kişinin həyatını tamamilə dəyişib.

Hər şeyin halalı var idi, bir internet qalmışdı

Səfil pulsuz wi-fi taparaq özü üçün tvitter səhifəsi açıb və postlar paylaşmağa başlayıb. Birinci postunda Hennsei ona verilən telefon haqqında və şəbəkəyə necə gəldiyi haqqında yazıb. Daha sonra kişi əlavə edib ki, uyğun şarj aləti də tapıb.

Bundan sonra səfil kişi öz şəxsi həyatı haqqında müəyyən qeydlər edib.

"Mən evsizəm. Qəddar deyiləm, axmaq və narkoman da deyiləm, təcavüzkar, yalançı da deyiləm, xəstədə də, sərxoş da deyiləm və sizi öldürmək də istəmirəm. Əgər siz mənimlə normal vəziyyətdə qarşılaşsaydınız, mən sizin xoşunuza gələ bilərdim. Mən yaxşı oğlanam. Ancaq mənim evim yoxdur. Mənim olan ancaq budur" – yazıb.

Onun tivitinə 3 minə yaxşı şərh və 8 minə yaxın like gəlib.

Tvitterə girəndən 24 saat sonra onun ilk təqibçiləri meydana çıxıb və onlar Hennesi dəstəkləyiblər. Bir həftədən sonra onun paylaşımlarını min nəfər izləməyə başlayıb. Onlardan bəziləri səfilə pul göndərib və yemək təklif edib.

Ertəsi gün Hennesi iş dəvəti aldığını deyib Təqibçilərnin köməyi ilə o başqa şəhər də köçə bilib. Öz çətin vəziyyətinə baxmayaraq Hennesi başqa ehtiyacı olanlara da kömək etməyə çalışıb.

"İş təklifləri, pul, yaşayış yeri təklifi. Öz ayaqlarım üzərində durmaq istəyirəm. Ancaq bu gün London küçələrində məndən də çox ehtiyacı olan insanlar var" – deyə o qeyd edib.