HADİSƏ

Yıxılan aktyor iy və dad bilmə duyğularını itirdi

Yaxın dostları və fanatları aktyoru xəstəxanada ziyarət edərək ona təsəlli veriblər
Sputnik

BAKI, 17 mart — Sputnik. Ötən gün küçədə gedərkən ayağı sürüşüb yerə yıxılan türkiyəli aktyor Ahmet Çevik iy və dad bilmə duyğularını itirib. Yıxılarkən baş nahiyyəsi yerə möhkəm dəyən aktyor təcili xəstəxanaya aparılıb. Həyati təhlükəsi olduğu üçün əməliyyat olunan 45 yaşlı Çevik, böyük bədbəxtçiliklə qarşılaşıb. Əməliyyatdan sonra məlum olub ki, o artıq heç bir iy və dad bilmir.

Yaxın dostları və fanatları aktyoru xəstəxanada ziyarət edərək ona təsəlli veriblər.

Sputnik AzərbaycanNTV-yə istinadən xəbər verir ki, Ahmet Çevik 1972-ci ildə İstanbulda doğulub. Onun rol aldığı ən yadda qalan filmləri arasında "Olacak O Kadar", "Ayrılsak da Beraberiz", "Çarli İş Başında" və s. göstərmək olar.