BAKI, 16 mart — Sputnik. ABŞ-ın Florida ştatında piyadalar üçün nəzərdə tutulan körpü insanların üzərinə düşüb. Sputnik AzərbaycanMiami Herald-a istinadla xəbər verir ki, çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Yeni tikilən körpü Mayaminin cənub-qərbindəki Beynəlxalq Universitetin kampusunun yaxınlığında yerləşirmiş. Yola düşən körpünün altında bir neçə maşının qaldığı bildirilir.
Bəzi məlumatlara görə, ən azı 6 nəfər ölüb, onlarla yaralanan var. Hadisə yerində xilasetmə işləri aparılır. İnsidentin səbəbləri məlum deyil.
Plana görə, körpü 2019-cu ildə istifadəyə verilməliymiş. Körpünü həm piyadalar, həm də sürücülər üçün daha təhlükəsiz olan innovativ modul üsulu ilə tikirmişlər.
Körpünün 950 tonluq növbəti hissəsi ötən şənbə günü qurulubmiş.