CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BMT: Ermənistan regionun ən bədbəxt ölkəsidir

Dünyanın ən xoşbəxt ölkələri reytinqində Ermənistan 129-cu yeri tutub
Sputnik

BAKI, 15 mart — Sputnik. Dünyanın ən xoşbəxt ölkələri reytinqində Ermənistan 129-cu yeri tutub. Bu ölkə 2017-ci illə müqayisədə öz mövqelərində 8 pillə geriləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat BMT-nin Beynəlxalq Tədqiqat Qrupunun hazırladığı dünya xalqlarının rifah vəziyyəti ilə bağlı "Dünya Xoşbəxtlik Hesabatı — 2018" adlı illik hesabatında qeyd olunub.

Reytinq bəlası və ya mətbuat məcburi köçkün ailəsinin dərdinə necə dərd qatdı

Tədqiqat dünyanın 156 ölkəsi arasında həyat tərzi, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan Ermənistandan cəmi bir pillə yuxarıdadır və 128-ci yeri tutur. Regionun digər ölkələrinin yerləşdiyi pillələr isə belə sıralanır: Azərbaycan — 87, İran — 106, Türkiyə — 74, Rusiya 59-cu yerdə qərarlaşıb. Rusiya ötən illə müqayisədə 13 pillə geriləyib.

MDB məkanının ən "xoşbəxt" ölkəsi Özbəkistandır. O, xoşbəxtlərin siyahısında 44-cü yeri tutur. Ən bədbəxt ölkə isə Ukraynadır (138-ci yeri tutur).

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiyadır. O, öz qonşusu Norveçi 2-ci sıraya “itələyib”. "Xoşbəxt ölkələr"in ilk onluğunda daha sonra bu ölkələr yer alır: "Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya.

Dünyanın ən bədbəxt ölkəsi kimi isə 2018-ci ildə Afrikanın Burundi Respublikası qəbul olunub.