SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: "Artıq seçki məntəqələri yaradılıb"

Abu-Dabi şəhərində yaradılmış seçki məntəqəsində 78 seçici, Dubay şəhərində isə 197 seçici qeydiyyatdan keçib
Sputnik

BAKI, 14 mart — Sputnik. "Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunda seçki məntəqələri yaradılıb".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov məlumat verib.

O bildirib ki, müvafiq seçki komissiyalarının Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunda iclasları keçirilib, iclaslarda komissiyanın sədri, katibi və üzvləri seçilib.

Abu-Dabi şəhərində yaradılmış seçki məntəqəsində 78 seçici, Dubay şəhərində isə 197 seçici qeydiyyatdan keçib.