"Xəzər" TV-nin əməkdaşı sərbəst buraxıldı

O, bir neçə saat saxlanıldıqdan sonra azad edilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bu gün səhər saatlarında Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan "Xəzər" Televiziyasının Cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərov sərbəst buraxılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, E.Əkbərov hazırda evindədir.

Xatırladaq ki, E.Əkbərov bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən Lənkəran polisləri tərəfindən tutulmuşdu.