CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların problemlərinin həllinə göstəriş verildi

Sürüşmə zonasında yaşayan vətəndaşlar narahatdırlar
Sputnik

BAKI, 13 mart — Sputnik. Bu gün Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eldar Əzizov Bayıl yamacında evləri sürüşməyə məruz qalmış vətəndaşlarla görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə bəzi problemlər dilə gətirilib.

"Evi uçmuş 6 ailə onlara ayrılan kompensasiyanın az olmasından şikayətlənirdi. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq", — deyə E.Əzizov bildirib.

İcra başçısı göstəriş verib ki, uçan 6 ev istisna olmaqla, digər yaşayış evlərinə elektrik enerjisinin verilməsi bərpa edilsin.

Araz Manafov Səbail rayonu enerji təchizatı ve satışı idarəsinin rəsmisi

Görüşdə daha sonra rayon rəhbəri vətəndaşların suallarını cavablandırıb. Vətəndaşlar sürüşmə ilə bağlı elektrik enerjisinin və qazın kəsilməsindən narahat olduqlarını bildiriblər. İcra başçısı tapşırıq verib ki, əgər sürüşmə zonasında olan evlərdə təhlükə yoxdursa, həmin evlərə elektrik enerjisi və qazın verilməsi bərpa edilsin.