İDMAN

Yenicə ata olan Messi və oğlunun şəkli yayıldı - FOTO

Messi oğlunun dünyaya gəlməsi səbəbilə "Barselona"da özəl icazə alıb və dünənki oyuna belə, çıxmayıb
Sputnik

BAKI, 11 mart — Sputnik. "Barselona"nın hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokusso yenicə doğulmuş oğlunun fotolarını paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Antonella Instagram səhifəsində əri və iki oğlunun şəklini yerləşdirib.

Qeyd edək ki, məşhur futbolçu üçüncü dəfə ata olub. Onun Tyaqo və Mateo adlı iki oğlu da var. Messi oğlunun dünyaya gəlməsi səbəbilə "Barselona"da özəl icazə alıb və dünənki oyuna belə, çıxmayıb.