İnsanın kosmosa uçuşunu əngəlləyəcək inanılmaz kəşf edildi

Amma bu müddətdə 7 faiz dəyişikliyin geri dönmədiyi müəyyən edilib
Sputnik

BAKI, 11 mart — Sputnik. Amerika Aerokosmik Agentliyində (NASA) çalışan astronavtın Yerə qayıtdıqdan sonra verdiyi analizlər zamanı gözlənilməyən nəticələr aşkar edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, astronavt Skot Kelli Beynəlxalq Kosmos Stansiyasında 342 gün fasiləsiz davam edən işindən sonra qayıtdığı zaman nə yaşayacağını təxmin belə edə bilməzdi.

Kellinin müayinələri zamanı astronavtın kosmosda keçirdiyi müddət ərzində DNK-sının dəyişdiyi müəyyən edilib. NASA-dan verilən məlumata görə, Skotun telomerləri kosmosda qaldığı müddətdə hiss ediləcək dərəcədə uzanıb. Ancaq bununla yanaşı, astronavt dünyaya qayıtdıqdan sonra müşahidə edilən 2 gün ərzində əvvəlki halına dönməyə başlayıb.

Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə

Eyni zamanda, onun bədənindəki dəyişikliyin 7 faizinin geri dönmədiyi müəyyən edilib.

"Bir anda DNK-mın 7 faizinin dəyişdiyinə şahid oldum. Və bu həqiqətən də, çox qəribə vəziyyətdir" – deyə Skot bildirib.

Bu yeni kəşf NASA VƏ TESLA-nın üzərində çalışdığı Marsa səyahət planlarını iflasa uğrada bilər. Ən az 3 il davam edəcək səyahətin avstronavtlarım DNK-larına bilinməyən əks təsirlər göstərəcəyi düşünülür.

Xatırladaq ki, telomer xromosomların uclarında olan, hər hansı bir geni kodlaşdırmayan və insan yaşlandıqca qısalan xüsusiləşmiş strukturdur.