HADİSƏ

Qardaş ölkə zəlzələ ilə silkələndi

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb
Sputnik

BAKI, 10 mart — Sputnik. Pakistanda 4,3 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Sibi şəhərindən 31  km cənub-şərqdə, ocağı isə 25 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.