VİDEO

Novruz çərşənbələrinin vazkeçilməz yeməyi

Azərbaycan xalqı ta qədimlərdən Novruzun 4 çərşənbəsini xüsusi qeyd ediblər. Hər bölgə bu bayrama özünəməxsus hazırlaşıb. Şimal-qərb bölgəsində isə çərşənbələrdə yabanı halda bitən bitkilərdən (gicitkən, gülxətmi, bənövşə, yarpız, qazayağı, əməköməci, cincilim) girs hazırlanır.
Sputnik

Sözügedən yeməyin bişirilmə qaydaları haqda Svetlana Məhsimova məlumat verir. Göyərti girsinin tərkibinə daxildir:

— yabanı halda bitən göyərtilər
— soğan
— yağ
— döyülmüş qoz ləpəsi
— un
— su
— zövqə görə duz və istiot

Əvvəlcə göyərtilər yuyularaq xırda-xırda doğranır. Qaynar suda 3-5 dəqiqə pörtdükdən sonra sıxılır. Üstünə yağda az qızardılmış soğan, döyülmüş qoz ləpəsi və yumurta əlavə edilir. Sonra xəmir yoğrulur, yayılır, dairələr formasında kəsilir. Dairə formasında kəsilmiş xəmirin içərisinə hazırlanmış içlik qoyulur və bükülür. Qaynadılmış və duz vurulmuş suda bişirilir. Süzülərək süfrəyə veriləndə üzərinə yağ əlavə olunur.

Nuş olsun!