SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Milli Şuranın martın 10-a təyin etdiyi mitinq qanunsuzdur"

Millət vəkili: "Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir"
Sputnik

BAKI, 6 mart — Sputnik. "Milli Şura martın 10-a mitinq təyin etməklə seçki qanunvericiliyini pozub". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: "Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlərsə, mitinq keçirsinlər".

Millət vəkili qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: "Əks təqdirdə bu, qanun pozuntusu ola bilər. Elə bilərsiniz, nədənsə narahatam. Xeyr! Sadəcə qanunlara hörmət tələb edirəm".