İQTİSADİYYAT

Bədbin proqnoz: Rusiya “ən yuxarı neft həddi”nə çatacaq

Neft üçün qlobal tələbat beş il ərzində 5,5 faiz artaraq 104,7 milyon barelə çatacaq - bu tələbin yarısı Çin və Hindistanın üzərinə düşəcək
Sputnik

BAKI, 6 mart — Sputnik. Rusiyada 2021-ci ildə gündəlik neft hasilatı 11,7 milyon barelə qədər yüksələcək. 2023-cü ildə isə bu rəqəm 11,57 milyon barelə qədər enəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, belə bir proqnozla Beynəlxalq Energetika Agentliyi çıxış edib.

Proqnozlara görə, ABŞ 2018-ci ildə bu göstəriciyə görə Rusiyanı keçəcək. Şirkətlər növbəti nəsil layihələr üçün texnologiya və sərmayə çatışmazlığı yaşasa və hökumət sektorda investisiyaların stimullaşdırılması üçün daha geniş vergi islahatını davam etdirə bilməsə, istehsal həcmlərinin azalması riski qalacaq.

Neft daşınması üçün qurulan polad yol

Agentlik qeyd edir ki, yeni layihələrin inkişafı Rusiyanın xarici tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkün olacaq. Xüsusilə Asiya və Yaxın Şərqdəki investisiyalar mümkündür.

Məlumata görə, 2023-cü ildə dünyada gündəlik neft hasilatı 6,4 milyon barel artaraq 107 milyon barelə çatacaq.

Neft üçün qlobal tələbat beş il ərzində 5,5 faiz artaraq 104,7 milyon barelə çatacaq — bu tələbin yarısı Çin və Hindistanın üzərinə düşəcək.

Buna baxmayaraq, tələbatın artımı 2023-cü ilə azalacaq. Çünki Hindistan və Çin nefti daha ekoloji enerji daşıyıcıları ilə əvəzləyəcəklər.