İDMAN

İdmançı 426 kilo ağırlığı qaldırdı və... ölümdən döndü – VİDEO

O, burnundan qan açılmasına baxmayaraq sona kimi mübarizə aparıb
Sputnik

BAKI, 6 mart — Sputnik. Rusiyalı atlet Mikayıl Şivlakov 426 kiloluq ştanqı qaldırmağa cəhd edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı ağırlıqqaldırma idman növü üzrə “Arnold Klassik” beynəlxalq turnirində inanılmaz yükün altına girib.

İdmançı 426 kilo ağırlığı qaldıran zaman onun burnundan qan gəlməyə başlayıb. O, burnundan qan açılmasına baxmayaraq sona kimi mübarizə aparıb. Beləliklə, Mikayıl Şivlakov yarışın bürünc mükafatını qazanıb.

Bəziləri idmançının burnundan qan açılmasını onun xilası kimi dəyərləndiriblər. Onların fikrincə, qan açılması onun beyninə qan sızmasının qarşısını alıb.

İkinci yeri amerikalı atlet Brayen Şou tutub. Turnirin qalibi adını isə "Dünyanın ən güclü insanı" ləqəbli islandiyalı Xaftor Yulius Bernson qazanıb.