HADİSƏ

Fatih Terimin keçmiş klubunun kapitanı ölü halda tapıldı

İtalya yığmasının üzvünün meyidi qaldığı oteldə tapılıb
Sputnik

BAKI, 4 mart — Sputnik. İtaliya futbol çempionatının A seriyasında çıxış edən, Avropanın adlı-sanlı klublarından olan "Fiorentina"nın kapitanı Davide Astorinin cəsədi aşkar edilib.

İtalya yığmasının üzvü olan Astorinin meyidi komandası ilə birlikdə növbəti oyuna hazırlıq zamanı qaldığı oteldə tapılıb.

"Fiorentina" bu gün "Udineze" ilə görüşməli imiş və oyundan əvvəl klub "La di Moret" otelində dincəlirmiş. Həmin görüş artıq təxirə salınıb. Astorinin yuxuda ikən keçindiyi bildirilir. Ölümün dəqiq səbəbləri aydınlaşdırılır. Astori iki ay əvvəl ata olubmuş.

"Fiorentina" klubuna vaxtilə türkiyəli mütəxəssis Fatih Terim baş məşqçilik edib.