Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Zaqatala rayonunun Muxax kəndində arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Hafiz Məmmədov yelləncək düzəltmək məqsədi ilə çardaqdan ip asıb. Sonra halqa şəkildə olan kəndirə oturaraq yellənərkən kəndir onun boğazına dolaşıb.
Hafiz Məmmədov
© Photo : Ailənin şəxsi arxivindən
Hadisə nəticəsində boğulan uşağı yaxınları təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.