Bakıda narkoloji dispanserdə yanğın olub - Onlarla ölən var

Yanğında ölənlərin sayı 26 nəfərə çatıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Bakıda yanğın həyəcanı

Məlumata görə, yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunsa da, yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaqda problemlər yaşanıb.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. 

Yanğın zamanı Narkoloji Dispanserindən 30-dan artıq pasiyent təxliyə olunub. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

1 / 11
Bakıda narkoloji dispanserdə yanğın
2 / 11
Bakıda narkoloji dispanserdə yanğın
3 / 11
Bakıda narkoloji dispanserdə yanğın
4 / 11
Bakıda narkoloji dispanserdə yanğın
5 / 11
Bakıda narkoloji dispanserdə yanğın
6 / 11
Bakıda narkoloji dispanserdə yanğın
7 / 11
Bakıda narkoloji dispanserdə yanğın
8 / 11
Bakıda narkoloji dispanserdə yanğın
9 / 11
Bakıda narkoloji dispanserdə yanğın
10 / 11
Bakıda narkoloji dispanserdə yanğın
11 / 11
Bakıda narkoloji dispanserdə yanğın

FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Əldə etdiyimiz, rəsmi dəqiqləşdirilməmiş məlumata görə, yanğında ölənlərin sayı 26 nəfərə çatıb. Bu rəqəmin artma ehtimalı da var.

Səhiyyə Nazirliyindən öyrəndiyimizə görə, yanğında xəsarət almış 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.