SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın dünya birliyinə qəbul olunduğu gün

BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası BMT-yə qəbul edilib
Sputnik

BAKI, 2 mart — Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub.

BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib. Daha üç respublika — Litva, Latviya, Estoniya 1991-ci ilin dekabrında BMT-yə üzv olmuşdular.

Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi. Gürcüstan isə 1992-ci ilin iyulunda təşkilata qəbul olundu.