Türkiyə atəşkəs xəbərdarlığına məhəl qoymadı və dünyaya meydan oxudu

"Türkiyə hərbi əməliyyatları bir ay müddətinə dayandırmalıdır"
Sputnik

BAKI, 1 mart — Sputnik. Almaniyanın Xarici İşlər Nazirliyi Türkiyənin Afrindəki "Zeytun budağı" əməliyyatı ilə bağlı atəşkəs çağırışı edib. Sputnik Azərbaycan bu barədə "Haberler"-ə istinadən xəbər verir.

Politoloq: “Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil”

Nazirlikdən bildirilib ki, BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul edilən 30 günlük atəşkəs Afrin bölgəsini də əhatə edir: "BMT-də əldə olunan 30 günlük atəşkəs razılığı bütün Suriyanı əhatə edir. Türkiyə hərbi əməliyyatları bir ay müddətinə dayandırmalıdır".

Oxşar bəyanatı ABŞ Dövlət Departamenti də yayıb. Departament sözçüsü Hezər Nauret (Heather Nauret) qeyd edib ki, türk tərəfi BMT TŞ-də qəbul edilən atəşkəs razılaşmasını düzgün oxumalı və əməliyyatı dərhal dayandırmalıdır.

Rəsmi Ankara isə, təklifləri qətiyyətlə rədd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün təzyiqlərə baxmayaraq, Afrini PYD terrorçularından təmizləyəcəklərini söyləyib.

"Əjdahanı yaralı buraxmaq olmaz. Şanlı ordumuz Afrin bölgəsini terrorçulardan təmizləyənə qədər əməliyyat davam edəcək. Sözügedən atəşkəs razılaşmasında Afrinin adı qeyd olunmayıb. Bizi aldada bilməzlər", — Ərdoğan bildirib.