QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı qatillərinin bölgədən çıxarılması

Xocalı qətliamında iştirak etmiş alayın bütün hərbi texnikası ermənilərin əlinə keçmişdi
Sputnik

BAKI, 1 mart — Sputnik. 1992-ci il martın 1-də MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.

Xocalı qətliamında iştirak etmiş alayın, əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi.

Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.