Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 28 fevral — Sputnik. Azərbaycanda 72 yaşlı kişi özünə qəsd edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən Xızı rayonunda baş verib.
Rayon sakini, 72 yaşlı Qüdrət Məhəmməd oğlu Cabbarov özünü yaşadığı evin mətbəxinin qapısından asaraq həyatına son qoyub. İlkin ehtimala görə, Q.Cabbarovun özünə qəsd etmə səbəbi bir neçə xəstəlikdən, əsasən də prostat vəzi xəstəliyindən əziyyət çəkməsi olub.
Son günlər ağrıları daha da artıbmış. Onun ağrılara dözməyərək özünü asdığı ehtimal olunur.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Quba rayon sakini də prostat xəstəliyindən əziyyət çəkdiyi üçün özünü qatarın altına ataraq intihar etmişdi.