CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabirabad sakini özünü ürəyindən bıçaqladı, öldü

V.Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib
Sputnik

BAKI, 28 fevral — Sputnik. Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib. V.Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.