CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi: Ermənistan gələcək təxribata zəmin hazırlayır

Ermənilər Tavuş vilayətinin kəndlərindən birinin Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayıblar
Sputnik

BAKI, 27 fevral — Sputnik. "Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. 

"Bu, ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar", — deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb.