CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada 64 yaşlı kişinin qanını tökdülər

“Yaralının vəziyyəti ağır olduğundan Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb”
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Astarada bıçaqlanma hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Həbib Məmmədov Astara şəhərində münaqişə zamanı öz bacanağı Emin Əkbərov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan H.Məmmədov dərhal Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan, təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib. Həbib Məmmədovu bıçaqlayan bacanağı Emin Əkbərov isə sonra özü polisə təslim olub.

Hələlik münaqişənin səbəbi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.