ABŞ bu ölkəyə qarşı da sanksiyaları genişləndirib

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib
Sputnik

BAKI, 27 fevral — Sputnik. ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl  qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.

“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara bazar”ı genişləndirir və ölkədə  qeyri-sabitliyin artmasına səbəb olur”, məlumatda deyilir.  ABŞ vətəndaşları və təşkilatlarına “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.