Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Dünən gecə saatlarında Quba rayon İqrik kənd sakini, 73 yaşlı Sabir Manafovu qatar vurub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Ağçay kəndi ərzisində baş verib.
Hadisənin intihar hadisəsi olduğu ehtimal olunur. Belə ki, əmisi oğlu Süleymn Manafovun evinə qonaq gələn S.Manafov avtomobilini qohumunun evinin qarşısında qoyaraq qatar yoluna çıxıb.
Sabir Manafovun prostat vəzinin kəskin ağrılarından əziyyət çəkdiyi deyilir. Bu səbəbdən yaşlı kişinin ağrılara dözməyərək özünü qatarın altına atdığı ehtimal edilir.
Xaçmaz Rayon Prokurorluğu ölüm faktına görə araşdırmalara başlayıb. Sabir Manafovun intihar edib-etmədiyi də araşdırmaların sonunda bəlli olacaq.