HADİSƏ

Keçmiş məhkum yenə öz əməlində imiş

Saxlanılan şəxsdən təmiz çəkisi 2 kq 221 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Fevralın 24-də Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1968-ci il təvəllüdlü Masallı şəhərində doğulan və əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunan Masallı şəhəri Ə.Əliyev küçəsi, ev 4 ünvanında yaşayan Hüseynov Vüsal İntizam oğlu Masallı şəhərində saxlanılaraq Rayon Polis Şöbəsinə dəvət olunub. 

Vüsal Hüseynov, saxlanılan şəxs

Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol iç cibindən 21,741 qram və əlində olan sellofan torbadan 2 kiloqram 200 qram, ümumilikdə təmiz çəkisi 2 kq 221 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.