CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə 40 yaşlı kişi birgə yaşadığı qadını niyə öldürüb? - TƏFƏRRÜAT

Kənd sakinlərinin verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib
Sputnik

BAKI, 25 fevral — Sputnik. Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Əhmədli kəndində qətlə yetirilən eyniadlı kəndin 1975-ci il təvəllüdlü sakini Abbasova Mahizər Məhəmməd qızı əvvəllər bir dəfə ailəli olub və evlilikdən bir qızı, bir oğlu var.

Daşkəsəndə qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən öldürülüb

Qadının qızı ərdədir və bir uşaq anasıdır. Oğlu isə 15 yaşındadır və hazırda Əhmədli kənd orta məktəbində oxuyur.

M.Abbasova rayonun 1978-ci il təvəllüdlü Çanaqçı kənd sakini Qorxmaz Bağırova görə öz ərindən boşanıb və illərdir özündən 3 yaş böyük olan Q.Bağırovla vətəndaş nikahında yaşayır. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin məlumata görə artıq o da, həyat yoldaşından boşanıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib. Həmin gecə oğlu qonşuluqda olan bacısıgildə olub. Qadın oğluna həmin gün evə gəlməyəcəyini və tək qorxmaması üçün bacısıgilə getməsini istəyib. Səhər uşaq öz evlərinə qayıdanda anasını ölmüş vəziyyətdə görüb. Baş nahiyəsindən küt alətlə qətlə yetirilmiş qadının əvvəllər kiminləsə bir münasibətinin olmadığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Q.Bağırovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Çanaqçı kənd sakinləri bildiriblər ki, 1978-ci il təvəllüdlü Bağırov Qorxmaz Şamil oğlu sürücülüklə məşğuldur. Özünə məxsus "ZİL" markalı avtomobillə yük daşıyaraq dolanır. Ailəsi və 15-16 yaşlı bir qızı və bir oğlu var. Təxminən bir ay əvvəl həyat yoldaşı məhkəmə yolu ilə ondan boşanıb. Buna kişinin başqa qadınla vətəndaş nikahında yaşaması, eyni zamanda öz xalası qızı üçün 3500 manat məbləğində kredit götürməsi və həmin krediti xalası qızının yox, məhz Q.Bağırovun öz uşaqlarının boğazından kəsərək ödəməsi səbəb olub.

Daşkəsəndə uşaq atdan yıxılaraq öldü

Bildirilir ki, o, xalası qızının adına olan krediti qeyri-rəsmi yaşadığı qadına görə götürüb. Q.Bağırovun 2017-ci ilin yanvar ayında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə 15 gün həbsdə olduğu da deyilir.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.