CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin spikerindən böyük əfv anonsu

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib
Sputnik

BAKI, 23 fevral — Sputnik. “Yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, əfv sərəncamının imzalanması prezident İlham Əliyevin səlahiyyətindədir: "Amma söyləyə bilərəm ki, yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir".