SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğludan Suriyanın ərazi bütövlüyü sözü

Çavuşoğlu deyib ki, PYD terrorçularına yardıma gələnlərə fürsət verilməyəcək
Sputnik

BAKI, 22 fevral — Sputnik. "Heç kim Suriyanın ərazi bütövlüyündən narahat olmasın". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əl-cəzairli həmkarı Əbülqədir Mesail ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, PYD terrorçularına yardıma gələnlərə fürsət verilməyəcək: "Terrorçularla mübarizəyə gəlirlərsə xoş gəlirlər. Amma onlara yardım üçün gəlirlərsə, ağır nəticələrinə dözməlidirlər".

Nazir, həmçinin qeyd edib ki, heç kəs Suriyanın ərazi bütövlüyünə görə narahat olmasın: "Suriyanın ərazi bütövlüyünü pozmağa kim cəhd etsə, Türkiyəni qarşısında görəcək. Bundan kiminsə şübhəsi olmasın".