Elxan Şahinoğlu: “Türkiyə Minbicə doğru istiqamətlənə bilər”
“Əgər Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur. Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə tərəfindən verilən bu cür bəyanatlar mesaj xarakteri daşıyır:
“Türkiyə tərəfi bununla deyir ki, Əsəd belə bir yanlışlığa yol verməsin. Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil. Əgər o terror yuvası təmizlənməsə, daim Türkiyə üçün təhlükəsizlik problemləri yaradacaq. Hətta Türkiyə ordusu Afrinlə kifayətlənməyib, Münbiçə doğru istiqamətlənə bilər. Bunun üçün Amerika ilə müəyyən məsləhətləşmələr olmalıdır”.