BAKI, 21 fevral — Sputnik. “Venesueladan ölkəmizə axın edən miqrantlarla necə məşğul olacağımızı bilmirik. Bunun üçün Türkiyəyə nümayəndə heyəti göndərdik”.
Sputnik AzərbaycanBBC-yə istinadən xəbər verir ki, bu sözləri Kolumbiya prezidenti Juan Manuel Santos deyib.
O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca əhəmiyyətlidir: “Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, – Santos bildirib.
Qeyd edək ki, Türkiyə 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir. Bundan başqa, İraqdan olan minlərlə miqrant da Türkiyəyə sığınıb.