CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı qalmaqalda hallanan polis rəisi işdən çıxarılıb?

Müvafiq əmrin daxili işlər naziri Ramil Usubov tərəfindən imzalandığı iddia edilir
Sputnik

BAKI, 21 fevral — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, “Qafqazinfo” saytı müvafiq əmrin daxili işlər naziri Ramil Usubov tərəfindən imzalandığını yazıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov

Məlumata görə, onun yerinə təyinat həyata keçirilməyib. İddia edilir ki, onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən sayta bildirilib ki, R.Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Sputnik Azərbaycan-a açıqlamasında bununla bağlı heç bir məlumata malik olmadıqlarını bildirib.