İDMAN

Millimizin keçmiş baş məşqçisindən həyəcan siqnalı

Berti Foqts: Bu, artıq həyəcan siqnalıdır
Sputnik

BAKI, 21 fevral — Sputnik. “Bundesliqa artıq darıxdırıcıdı”. APA xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibə verib. Bir çox məqamlara toxunan Foqts Bundesliqanın səviyyəsinin aşağı düşdüyünü bildirib.

O, əvvəlcə “Bavariya”nın baş məşqçisi Yupp Haynkes haqda danışıb: “Bir neçə həftə öncə Yuppa zəng etdim. Onunla maraqlı və xoş söhbətimiz oldu. Mənim üçün aydındı ki, Haynkesin işinə davam edib-etməyəcəyini özü və klub rəhbərliyini artıq bilir. Sadəcə, dəqiq informasiya yaymamaqla oyun oynayırlar. Əgər Yupp postunda qalsa, şəxsən mən sevinəcəm. Amma qərarı özü və klub rəhbərliyi verəcək. Onsuz da, “Bavariya” baş məşqçisiz də Almaniya çempionu olar”.